10:36
08 Dekabr 2019

Bu insanlar küləkli havada evdən çıxmasın - AÇIQLAMA

Son günlər davam edən küləkli və soyuq hava şəraiti insanların səhhətinə təsirsiz ötüşmür. Lakin bəzi insanlar bu cür havalarda daha həssas olurlar.

Maraqlıdır, küləkli havanın orqanizmə nə kimi mənfi təsirləri var? Belə havalarda kimlərin bayıra çıxması məsləhət deyil?

Terapevt Nahid Məhərrəmov Lent.az -a bildirib ki, küləkli havada toz zərrəciklərinin içində bakterial viruslar daha tez yayılır:

“Külək əsəndə toz dumanı bir tərəfdən digər tərəfə yayılır. Bu zaman küləyin təsiri ilə toz zərrəciklərinin içində həm də viruslar, bakteriyalar ətrafa yayılır. Əyər bir insanda hər hansısa xroniki virus və ya bakterial xəstəlik varsa, yaxud xroniki olmasa belə, immun sistemi zəifdirsə, o zaman küləkli havada daşınan bakterial infeksiyaya yenidən yoluxa bilər. Daşınan bakterial infeksiyaya isə yuxarı tənəffüs yollarının iltihabı, infvirus və bakteriya infeksiyaları aiddir. Xroniki xəstəlik bu cür havalarda aktivləşməyə başlayır. Aktivləşən zaman yuxarı tənəffüs yollarının iltihabı əmələ gəlir.

Həkim deyir ki, yuxarı tənəffüs yollarının iltihabı əlamətləri isə bunlardır:

"Bəlğəmli öskürək, yüksək hərarət və s. Eyni zamanda, allergik xəstələrdə də bu hava narahatlıq yaradır. Çünki bu xəstələrdə boğulmalar yaranır, oksigen balansı pozulur. Bundan başqa, payız və qış soyuq fəsillər olduğu üçün küləkli havaların paranasal sinusların iltihabında da rolu böyükdür. Bu isə sinuslarda, qaymorit və digər xəstəlikindən əziyyət çəkən insanlarda narahatlıq yaradır. Ona görə də bu cür havalarda insanlar baş ağrısı, öskürək, temperatur və digər şikayətlərlə müraciət edirlər. Bu cür xəstələr küləkli havada bayırda çox dayanmamalı, yaxud çölə çıxanda diqqətli olmalıdırlar”.

Dİgər xəbərlər