327
09:12
03 Dekabr 2019

Çərəz və ya şirniyyatlarla qəlyanaltı etmək istəyi...

Özlərini artıq çəkidən qoruyan insanlar qidalanma rasionuna xüsusi diqqət ayırırlar.

Bu, xüsusilə şam yeməyinə aiddir. Bəziləri hətta axşam yeməyindən imtina edirlər.

e-tibb.az-ın xəbərinə görə, mütəxəssislər bu rejimin mümkün nəticələrindən danışaraq bildiriblər ki, nahar doyumlu, axşam yeməyi isə kifayət qədər yüngül olmalıdır. Çünki sağlamlığın qorunması üçün yeyilmiş qidanın həcmi deyil, onun qəbul edilməsi vaxtı son dərəcə əhəmiyyətlidir. Təklif olunan qidalanma tərzi ilə çəki normallaşdırıla bilər.

Gündüz (naharda) qəbul edilən yemək bədəni lazımi enerji ilə təmin edir. Bundan sonra bir insanın çərəz və ya şirniyyatlarla qəlyanaltı etmək istəyi olmamalıdır, çünki bu, bədənin formasına və sağlamlığa mənfi təsir göstərir.