Rusiyada ağır yol qəzasında 3 nəfər ölüb, 1 nəfər yaralanıb
02 dekabr 2019 03:18 (UTC +04:00)

Rusiyada ağır yol qəzasında 3 nəfər ölüb, 1 nəfər yaralanıb

 

Rusiyanın Kareliya Respublikasında ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, A-121 Sortavala federal magistral yolunun Pryajinski rayonu ərazisindən keçən hissəsində - 371-ci kilometrliyində qoşqusu ağacla dolu yük maşını iki minik avtomobili ilə toqquşub. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, hadisə nəticəsində üç nəfər ölüb, bir nəfər ağır yaralanıb.  

Hadisə yerinə Yol Patrul Xidmətinin 16 əməkdaşı və 7 texnika cəlb olunub.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar