19:02
28 Noyabr 2019

Silinməyən virus kompüterlərə hücum etdi


Microsoft şirkətinin əməkdaşları müxtəlif ölkələrdə 80 mindən çox kompüterə yoluxan miner virusunun hücumunu qeydə alıblar.

Lent.az Lenta.ru-ya istinadla xəbr verir ki, Dexphot adlı proqram besfayl üsulu ilə təhlükəli kodu birbaşa cihazın yaddaşına ötürməyi bacarır. O, izləri gizlətmək üçün geniş imkanlara malikdir, bu da onun hərəkətlərini izləməyi çətinləşdirir.

Virus cihaza yerləşdikcə, Windows sistemi proseslərinə mane olur. Yoluxmuş kompüterlərdə qanuni hərəkətlərlə yanaşı, bir kriptovalyuta mayneri işə salınır. Əgər zərərli proqram təmizlənsə belə, sistem yenidən öz-özünə yoluxacaq.

Aşkar olunmaqdan yayınmaq üçün virus şifrələmədən istifadə edir. Ekspertlərin sözlərinə görə, Dexphot artıq ICLoader adlı başqa bir virusa yoluxmuş cihazlarda quraşdırılır.

Dİgər xəbərlər