Avtomobil rayon sakinini vuraraq ağır xəsarət yetirib
27 noyabr 2019 22:25 (UTC +04:00)

Avtomobil rayon sakinini vuraraq ağır xəsarət yetirib

 

Qaxda axşam saatlarında piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev pospektində qeydə alınıb. 

Yolu keçmək istəyən avtomobil tərəfindən vurulan piyadanın rayon sakini, 1982-ci il təvəllüdlü Elnur Nəsib oğlu Babayev olduğu bildirilir. 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirlib.

E.Babayevə başın kəsilmiş yarası və sağ ayağın sınığı dioqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938

Oxşar yazılar