578
02:25
24 Noyabr 2019

Çilidə nümayişlər zamanı bank qarət olundu

Çilidə hökümət əleyhinə keçirilən etiraz aksiyaları zamanı Santyaqo şəhərindən kənarda yerləşən bank filiallarından biri qarət olunub.

APA TASS-a istinadən xəbər verir ki, naməlum şəxslər tərəfindən bankdan 150 milyon peso (təxminən 190 min dollar), 16 min dollar, 3 min 800 avro və iki odlu silah oğurlanıb.

Qeyd edək ki, Çilidə iğtişaşlara səbəb oktyabrın 14-də hökumət tərəfindən metro gedişinin qiymətinin artırılması olub. Santyaqoda başlanan etiraz aksiyalarına sonrakı mərhələdə digər şəhərlər də qoşulub. Bu müddət ərzində 2300-dən çox nümayişçinin yaralandığı bildirilir.