“Zaminbank”ın əməkdaşlarına hökm oxundu
15 noyabr 2019 14:56 (UTC +04:00)

“Zaminbank”ın əməkdaşlarına hökm oxundu

 

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Zaminbank"ın vəzifəli şəxsləri - Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib. 

Qeyd edək ki, təqsirləndirilən Şahin İlyasov "Zaminbank"ın "Sumqayıt" filialının müdiri, Anar Osmanov Xəzinə şöbəsinin müdiri, Anar Həsənov isə bankın Kredit şöbəsinin əməkdaşı, Zərifə Abıyeva da bankın əməkdaşı olub. Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəməkdə təqsirləndirilirlər. 

Onlar ümumilikdə banka 1 milyon 337 min manat ziyan vurmaqda təqsirləndirilirlər. Məhkəmədə həmin məbləğin ödənildiyi bildirilib. 

Təqsirləndirilənlər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

# 995
avatar

Oxşar yazılar