807
10:14
15 Noyabr 2019

Azərbaycanda qadın əməliyyatdan sağ çıxmadı

Ağdaşda qadın əməliyyatdan sonra ölüb.

APA-nın məlumatına görə, hadisə Ağdaş Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayon sakini, 38 yaşlı Sevda Firuz qızı Musayevanın üzərində uşaqlığın götürülməsi əməliyyatı aparılıb. Əməliyyatdan sonra qadının səhhəti pisləşib və o, dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.