Yolu keçən qadını maşın vuraraq öldürdü
14 noyabr 2019 18:57 (UTC +04:00)

Yolu keçən qadını maşın vuraraq öldürdü

 

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini Babayeva Həqiqət Şahbaz qızını yolu keçərkən avtomobil vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

# 1063
avatar

Oxşar yazılar