



Bu rayona yeni icra başçısı təyin edildi - SƏRƏNCAM
İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə İ.Abbasov Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.