Bir ailənin 4 üzvünün xəsarət aldığı dəhşətli qəzadan YENİ MƏLUMAT
11 noyabr 2019 11:50 (UTC +04:00)

Bir ailənin 4 üzvünün xəsarət aldığı dəhşətli qəzadan YENİ MƏLUMAT

Sabirabadda bir ailənin 4 üzvünü maşın vurub.

Lent.az-ın məlumatına görə, hadisə dünən axşam Sabirabad rayonu Suqovuşan kəndində baş verib. Belə ki, sərxoş vəziyyətdə olan kənd sakini Məmmədov Tərviz Məhərrəm oğlu idarə etdiyi “Vaz2106” ilə yolun kənarı ilə gedən  4 nəfər ailə üzvünü vurub.

Suqovuşan kənd sakinləri, 1991-ci il təvəllüdlü Ələkbərov Kənan Əli oğlu, onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Ələkbərova Aygül Bəxtiyar qızı, övladları - 2013-cü il təvəllüdlü Ələkbərli Zeynal Kənan oğlu və 2012-ci il təvəllüdlü Ələkbərli Əli Kənan oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Ələkbərova Aygül Sabirabad rayon mərkəzi xəstəxanasına, digərləri isə Şirvan şəhər mərkəzi xəstaxanasında müalicə alırlar.

Şirvan şəhər mərkəzi xəstəxanasından Lent.az-a ailə başçıs, reanimasiyada şöbəsində müalicə alan Ələkbərov Kənan və travmatologiya şöbəsində müalicə alan uşaqlarının vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Onun və uşaqlarının səhhətində irəliləyiş olduğu qeyd olunub. Həmçinin Sabirabad rayon mərkəzi xəstəxanasından da Ələkbərova Aygülün durumunun yaxşı olduğu bildirilib.

Sürücü isə polis tərəfindən saxlanılıb. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

# 903
avatar

Mehman Nəbiyev

Oxşar yazılar