897
18:36
05 Noyabr 2019

Polis generalına yeni vəzifə verildi

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Lent.az -ın Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumata görə, nazir general-polkovnik Vilayət Eyvazov bu gün əmr imzalayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi general-mayor Həzi Aslanovu tutduğu vəzifədən azad edib. O, həmçinin nazirliyin rəhbər heyətinin məşvərətçi orqanı olan Kollegiya üzvlüyündən də çıxarılıb. Vilayət Eyvazovun digər bir əmrilə Həzi Aslanov İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə rəis təyin edilib.

Nazirin daha bir əmri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi polis polkovnik-leytnantı İzzət Kərimov da vəzifədən azad edilib. Hər iki vəzifəyə hələki təyinat olmayıb.