"Əsəbiyəm, aləmi dağıdaram" - Aşıq Əli XƏBƏRDARLIQ ETDİ
04 noyabr 2019 09:26 (UTC +04:00)

"Əsəbiyəm, aləmi dağıdaram" - Aşıq Əli XƏBƏRDARLIQ ETDİ

Aşıq Əli Tapdıqoğlu şou-biznes əhlinə ultimatum göndərib. Lent.az-ın məlumatına görə, aşıq “Atv maqazin onlarla” verlişində onunla qalmaqal yaşayan ifaçılara xəbərdarlıq edib:

 

“Kimsə nəyəsə çalışır, olmur. Əlinin haqqında danışırsansa, demək ki, Əli var. Adam var ki, ağıl qoyur, amma özünün ağlı yoxdur. Məni kimsə əsəbiləşdirməsin. Mənlə də heç kimin işi olmasın, mənim də kimləsə işim yoxdur. İnsanlar var ki, onlar ruhi xəstədir. Mən o insanlara Allahdan şəfa diləyirəm. Bu sənətdə dost yoxdur. Mən nevrozam, əsəbiyəm, çılğınam. Tez reaksiya verirəm. Ola bilər ki, 1-3 dəqiqə ərzində aləmi bir-birinə vuraram, sonra da deyərəm ki, oldu da, əsəbiləşdim. Fikirlərə baş qoşsam, o düşüncənin adamı olaram. Əqidəm, öz kişiliyim, mənliyim var. Bu mənliyi heçnəyə dəyişmərəm. Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. Aşıq Əli kimdir deyənlərə demək istəyirəm ki, 2000-ci ildən bəri Azərbaycanı ölkəmizdən kənarda təmsil edən adamam”.

 

Qeyd edək ki, Aşıq Əli bu yaxınlarda Əməkdar artist Elnarə Abdullayeva ilə qalmaqal yaşamışdı.

# 2727
avatar

Yalçın UĞUR

Oxşar yazılar