“Biganəlik məni yandırır” - ƏMƏKDAR ARTİST GİLEYLƏNDİ
02 noyabr 2019 16:11 (UTC +04:00)

“Biganəlik məni yandırır” - ƏMƏKDAR ARTİST GİLEYLƏNDİ

“Biganəlik məni yandırır, təsir edir, amma sınmıram. Ömür boyu da sınmaram”.

Lent.az xəbər verir ki, bu sözləri Reaksiya TV-nin qonağı olan aktyor, Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov deyib.

A.Bayramov ona təsir edəm məqamlardan söz açıb: “2013-cü ildə çalışdığım Mədəniyyət və İncəsənət Universitetinin 90 illiyi keçirildi. Bu münasibətlə o zaman rəhbərlik tərəfindən fəxri adlarla bağlı təqdimat yazılmışdı. Mıx vurana “Tərəqqi” medalı, dekan vəzifəsində çalışmasına baxmayaraq, hələ də latın əlifbası ilə yazmağı bacarmayan birinə “Əməkdar müəllim”, səhnə görməyənə “Əməkdar artist”, iki il müəllim işləyənə “Əməkdar müəllim” adları verildi. Amma 51 rəqsdən dərs verən, xalq artistlərimiz Siyavuş Aslana, Yaşar Nuriyə, elə mənim özümə dərs deyən müəllimə kənarda qaldı. O zaman onu hönkür-hönkür ağlayan gördüm. 29 il idi ki, mən işləyirdim, əlavə bir neçəsi də vardı və hamımız kənarda qaldıq”.

A.Bayramov vurğulayıb ki, həmin təqdimatın hansı meyarla yazıldığını bir onu yazanlar, bir də Allah bilir: “İnsana təsir edən bunlardır. Ola bilsin ki, sənin məndən xoşun gəlmir, amma görürsən ki, mən bu xalqın sevgisini qazanmışam, daim səhnədəyəm. Xalq artisti olmasam da, xalqın artistiyəm. Hər gün xarici ölkələrə dəvətimlə bağlı universitetə məktub gəlir. Bəs o təqdimatları hansı meyarlarla yazırsan?”

 

 

# 2585
avatar

Aygün İbrahimli

Oxşar yazılar