Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçildi
30 oktyabr 2019 13:23 (UTC +04:00)

Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçildi

Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti X qurultayı keçirilib.
 
APA-nın məlumatına görə, əvvəlcə ABİ-nin 21 nəfərlik yeni İdarə Heyəti seçilib.
 
Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə yenidən 5 il müddətinə İttifaqın sədri seçiblər.
 
Qeyd edək ki, ABİ-nin sonuncu qurultayı 2012-ci ildə keçirilib.
 
F.Əlizadə 2007-ci ildən ABİ-nin sədridir.
# 976
avatar

Oxşar yazılar