
Avropanın bu ölkəsində polisə casus proqramından istifadəyə icazə verildi
Bu həftə İsveçin hüquq-mühafizə orqanları şifrlənmiş rabitə əlaqəsini ələ keçirmək üçün şübhəli cihazlara casus proqramı quraşdırmaq səlahiyyətinə yiyələniblər.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, bu barədə İsveçin Daxili İşlər naziri Mikael Damberq məlumat verib.
Onun sözlərinə görə, şifrlənmiş rabitə əlaqəsini ələ keçirmək üçün polisin hüquqi və texniki imkanlarla təmini prioritet məsələ olub. Nazir izah edib ki, “Signal” və “WhatsApp” kimi xidmətlərdən istifadə edərək öz fəaliyyətlərini quran cinayətkar qruplar texniki baxımdan polisdən bir addım öndə idilər.
O bildirib ki, son bir neçə ildə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ələ keçirilmiş bütün rabitə əlaqələrinin 90%-i şifrlənib.
Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46