
"Hamımız qələbə gözləyirik” - Qurban Qurbanov
“Bizim üçün hər oyun vacibdir. Onlardan biri də sabahkı görüşdür”.
APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin III turunda sabah Kipr APOEL-lə üz-üzə gələcək. Matçöncəsi keçirilən mətbuat konfransında təcrübəli mütəxəssis qələbəyə kökləndiklərini bildirib: “Hamımız qələbə gözləyirik. Hər zaman intizamlı oyun göstərməyə çalışırıq. Pis hazırlaşmamışıq”.
O, komandasındakı zədəlilərin durumu barədə də danışıb: “Mahir Emreli və Romero Xayme komanda ilə məşqlərə başlayıb. Amma son qərarı sabahkı məşqdən sonra verəcəyik. “18-lik”də olmaq ehtimalları çoxdur. Araz Abdullayevin adı da böyük ehtimalla iştirak ərizəsində olacaq”.
Q. Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşdıqları APOEL-lə indiki komanda arasındakı fərqləri də açıqlayıb: “Həmin vaxt yeni baş məşqçi gəlmişdi, komanda həddən artıq istəkli idi. Bundan narahat idik. Hansı oyun üslubunda oynayacaqlarını da bilmirdik. Bunu da təxmin etmişdik. Bizim üçün asan olmadı. Amma artıq daha çox bir yerdə olublar. Düşünürəm ki, indi daha təcrübəlidirlər və biz çətinliklərə hazır olmağa çalışırıq”.
Çalışdırıcı “Qarabağ”ın qrupdan çıxmaq şansını dəyərləndirməkdən imtina edib: “Əvvəlki turdakı nəticələri də gördünüz. APOEL-in evdə “Düdelanj”a məğlub olmasını heç kim gözləmirdi. Məncə, bu oyuna görə fikir bildirmək düzgün olmaz. Düşünürəm ki, son tura qədər mübarizə gedəcək. Hər üç komandanın qrupdan çıxmaq şansı var”.
Oxşar yazılar

"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19
Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 , 15:56
Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39
24 yaşlı Erlinq Haaland Messi və Ronaldonun rekordlarını üstələdi: nədən söhbət gedir?
29 iyun 2025 , 15:51