Əməkdar artist xəstəliyə tutulub -<span style="color:red;"> HƏKİMDƏN CAVAB GÖZLƏYİR  - <span style="color:red;">VİDEO
22 oktyabr 2019 14:09 (UTC +04:00)

Əməkdar artist xəstəliyə tutulub - HƏKİMDƏN CAVAB GÖZLƏYİR - VİDEO

Əməkdar artist Babək Niftəliyev ölümlə üz-üzə qalıb.

Lent.az-ın məlumatına görə, xanəndə bu barədə “Şou ATV”də danışıb:

“Demək olar ki, o dünyanı görmüşəm. Həmin vaxt ata, ana, ailəm göz önümə gəldi. Məndə böyük allergiya oldu. Gördüm ki, başım fırlanır. Əl-üzümü yumaq üçün hamama keçdim, o dəmdə yerə yıxıldım. Yoldaşım səsi eşidib gəldi. Dedim ki, mən neçə dəqiqədi yerdə qalmışam. Ömər balamın kirvəsi harayıma çatdı. Hələ ki, o allergiyanı araşdırırıq. Hələ də səhərlər duranda səsimdə xırıldamalar olur. Həkimlər dedi ki, bronxlarında kəskin problem olsaydı, ölümlə nəticələnəcəkdi. İndi analiz vermişəm, əkilməkdədi. İnşallah, cavabı yaxşı olar”.

 

 

# 6134
avatar

Yalçın UĞUR

Oxşar yazılar