
Moskvada Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib - FOTO
Moskva vilayətində yerləşən “Metrovaqonmaş” ASC-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mərasimdə “Metrovaqonmaş” ASC-nin daxil olduğu “Transmaşholdinq” ASC-nin direktor müavini Atyom Ledeneyev, “Metrovaqonmaş” ASC-nin baş direktoru Boris Boqatıryov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə Heydər Əliyevin tapşırığı ilə zavodun ərazisində ümumi sahəsi 15,8 min kvadrat metr olan vaqon istehsalı korpusu tikilib istismara verilib. Hazırda burada metro vaqonlarının istehsalına dair müasir sexlər fəaliyyət göstərir.
Oxşar yazılar

Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49