Göbələkli şorbanı belə hazırlamısız? - Usta öz sirlərini açır: <span style="color:red;">Lent.az-ın mətbəxi
18 oktyabr 2019 17:15 (UTC +04:00)

Göbələkli şorbanı belə hazırlamısız? - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla göbələk şorbasının necə hazırlanması ilə tanış edəcəyik.
 
İçindəkilər:
 
500 qramgöbələk, 1 ədəd soğan, 400 qram qaymaq, 750 millilitr süd, 1 qaşıq yağ, duz, istiot.
 
Hazırlanma qaydası:
 
Ərzaqları doğrayırıq. Tavaya yağ və soğanı əlavə edib qovururuq. Soğanı qovurandan sonra göbələyi əlavə edirik. Göbələyin suyu çəkildikdən sonra qaymağı tökürük. Qaymaqla göbələk qaynadıqda südü əlavə edirik. Sonra duz və istiot əlavə edib, qaynağa düşəndə blenderlə əzirik. Şorba qatı olarsa, süd yenə əlavə etmək olar. Şorba bişdikdən sonra süfrəyə əlavə edirik.
 
Nuş olsun!
 

# 881
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar