
Bu il 50 modul tipli məktəb istifadəyə veriləcək
2019-cu ildə 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulub.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, onlardan 20-si artıq quraşdırılıb, 30-nun isə tikinti-quraşdırılma işləri davam etdirilir. 2017-ci ildə 106, 2018-ci ildə isə 137 modul tipli məktəb istifadəyə verilib.
Modul tipli məktəblərin üstünlükləri azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması və sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ildən ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsinin tətbiqinə başlanılıb.
Oxşar yazılar

Bu BÜRCLƏR iyul ayında çox zəngin olacaq: Qızıldan dağlar kimə vəd edilir?
3 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
3 iyul 2025 , 08:15
Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33