
"Ali təhsil haqqında" qanunun taleyi Təhsil Nazirliyindən asılıdır - İsa Həbibbəyli
“Ali təhsil haqqında” qanun layihəsinin hazır olan ilkin variantı Mİlli Məclisin Elm və təhsil komitəsi üzvlərinin təqdim etdiyi təkliflər, komitə sədri kimi daha çox mənim müşahidələrim və əldə etdiyim materaillar əsasında hazırlanıb”.
Bunu Lent.az-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin işçiləri də “Ali təhsil haqqında” qanun layihəsini hazırlayan işçi qrupunun tərkibinə daxil olublar: “Təhsil Nazirliyinin nümayəndələri də yeni qanun layihəsində görmək istədikləri müddəaları hazırlayıblar. Məndə olan məlumata görə, nazirliyin işçi qrupunun üzvləri bu həftə ərzində təkliflər paketini Milli Məclisin Elm və təhsil komitəsinə təqdim edəcəklər. Bundan sonra hazırladığımız indiki variantı təkmilləşdirəcək, zənginləşdirəcək və ilk oxunuşa hazır hesab edəcəyik”.
İ.Həbibbəyli qeyd edib ki, özəl ali təhsil də Azərbaycan ali təhsilinin artıq indiki mərhələdə reallığıdır: “Ölkəmizdə dövlət sektoru ilə yanaşı, özəl sektor da ali təhsil sahəsində inkişaf edir. Həm dövlət ali təhsil sektorunu, həm də özəl sektoru qanunla tənzmiləyəcək yeni tənzimləyici müddəalara ehtiyac var. Biz də bunların üzərində çalışırıq. Bunun üçün həm dünya təcrübəsini öyrənmişik, həm də ölkə reallığını təhlil etmişik. Hesab edirəm ki, Azərbaycanda həm dövlət sektorunun, həm də özəl sektorun ali təhsil sahəsinin inkişafına dəstək verə biləcək, yeni üfüqlər açacaq və hüquqi cəhətdən tənzimləyəcək qanun layihəsi meydana çıxacaq”.
Komitə sədri onu da əlavə edib ki, yeni layihənin tez hazır olması Təhsil Nazirliyindən təklifləri almaqlarından asılıdır: “Əgər Təhsil Nazirliyindən təklifləri qısa müddətdə ala bilsək, layihəni payız ssesiyasında təkmilləşdirib birinci oxunuşda parlamentdə müzakirəsini düşünürük”.
Oxşar yazılar

İyul sınaqlar gətirəcək: Risk altında olan BÜRCLƏR
4 iyul 2025 , 00:02Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
3 iyul 2025 , 19:49Qeyri-sabit hava bu tarixədək davam edəcək
3 iyul 2025 , 19:17
Qışda yemək üçün giləmeyvə necə dondurulmalıdır?
3 iyul 2025 , 18:44
Tale sürprizlər hazırlayıb: həftə sonuna qədər şanslı olacaq BÜRCLƏR
3 iyul 2025 , 18:31Azərbaycanda universitet prorektoru öldü
3 iyul 2025 , 18:14
Yenidən qurulan, müasirləşən Xankəndi - FOTOLENT
3 iyul 2025 , 17:44
Sabah çimərliklərə getməyə hazırlaşanlara XƏBƏRDARLIQ: Güclü külək əsəcək
3 iyul 2025 , 17:31