“Sindbad”ın premyerası oldu
08 oktyabr 2019 18:36 (UTC +04:00)

“Sindbad”ın premyerası oldu

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün “Sindbad” tamaşasının premyerası olub.

Lent.az-ın məlumatına görə, ərəb xalq nağıllarının motivləri üzrə hazırlanan  tamaşanın səhnələşdirmə müəllifi Pərvin Nurəliyeva, quruluşçu rejissoru əməkdar artist Nicat Kazımovdur.

Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir, musiqi tərtibatı Şamxal Novruzluya, rəqslərin quruluşu əməkdar  artist Nailə Məmmədzadəyə, döyüş və fəndlərin quruluşu İsa Əsədova aiddir.

Maraqlı rəqs, döyüş səhnələri, gözəl personaj geyimləri və şən musiqi ilə müşayiət olunan “Sindbad ” tamaşasında real qəhrəmanlarla yanaşı balacaların sevdikləri mifik personajlar iştirak edirlər.

Tamaşada  əməkdar artist Şəfəq Əliyeva, aktyorlar  Rövşən Abbasov, Ələsgər Qurbanəliyev, Məsumə Babayeva, Bəhram Həsənov, Mirsənan Kazımlı, Elşən Hacıbabayev, Ramil Məmmədov, Sevinc Mehrəliyeva, Xalidə Əliməmmədova, Asya Atakişiyeva, Sabirə Abdullayeva, Elşən Şıxəliyev, Müşfiq Əliyev, Anar Seyfullayev, Anar Səfiyev, Nurlan Süleymanlı, Mətləb Abuşov, Zümrüd Quliyeva, Gülbəniz Lətifova, Araz Pirimov, Xaliq Bəkirov, Ramiq Nəsirov, Elgün Yəhyayev, Vahid Orucoğlu, Eldar İmanov, İmran Qurbanov, Tahir İsmayılov, Zümrüd Quliyeva, Gülbəniz Lətifova, Araz Pirimov, Xaliq Bəkirov, Elgün Yəhyayev, Vahid Orucoğlu, Xaliq Bəkirov, Eldar İmanov rol alıblar.

# 1309
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar