Bakıda quşlar üçün yuva quruldu - VİDEO
“Gəlin dünyanı birlikdə gözəlləşdirək!” Təbiətsevərlər bu şüar altında birləşdilər. Mərkəzi Nəbatat Bağı bu gün öz qapılarını qonaqların üzünə açdı.
APA TV-nin xəbərinə görə, uşaqlı-böyüklü hər kəs təbiəti qorumaq, quşlar üçün yuvalar və yemləmə evcikləri quraşdırmaq üçün toplaşdılar.
ETSN-nin sektor müdiri Mehman Nəbiyev aksiyanın məqsədini açıqlayıb: “Bura gələn uşaqlar şəhərin mərkəzinə yaxın bir yerdə quşların və təbiətin qorunmasının nə qədər vacib olduğunu görsünlər istəyirik. Onlarda təbiətə qarşı sevgi yaransın”.
Layihə rəhbəri Rəşad Qədimov da deyir ki, ekoloji tədbirin keçirilməsində məqsəd gənc nəslə təbiətə qayğıkeş yanaşmağı öyrətmək, əhalidə ekologiyaya və ətraf mühitin qorunub saxlanmasına pozitiv yanaşmanın formalaşmasına kömək etməkdir: “Biz bir neçə il əvvəl də belə bir aksiya həyata keçirmişdik. O zaman quraşdırılan evciklərdə artıq quşlar yuva qurublar. Hətta o zamanlar əkdiyimiz bitkilər də artıq böyüyüb. Biz layihələrin keçirilməsi məqsədimizə tam nail ola bilirik”.
Aksiya çərçivəsində 30 yeni yuva və 10 yemləmə evciyi quraşdırılıb.
Qeyd edək ki, tədbirdə bir sıra dövlət və qeyri-dövlət təşkilatları yaxından iştirak edib.
Oxşar yazılar
Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40