
Vyanada ilk selfi muzeyi açılıb
Sosial şəbəkələrdə foto paylaşımlarına həvəs göstərənlər üçün Vyana şəhərinin mərkəzində xüsusi selfi muzeyi açılıb.
"İncəsənəti sosial media ilə birləşdirək” devizi altında açılan muzeydə selfi çəkdirmək üçün 24 kulis quraşdırılıb. Gələn ilin mart ayınadək fəaliyyət göstərəcək “nofilter museum” adlanan bu məkan memarlıq təhsili alan iki gənc tərəfindən yaradılıb.
ABŞ və Asiya ölkələrində oxşar muzeylərdən ilhamlanan gənc memarlar açılışdan öncə bildiriblər ki, onlar rəngarəng fonlar sayəsində muzeyə gələnlərə estetik özçəkimlər imkanı təqdim etməyə çalışıblar. Həmçinin qeyd edilib ki, muzeyin zirzəmisində quraşdırılmış iki proyektor divarda müxtəlif simvollardan ibarət interaktiv görüntülər yaradır və belə fon qarşısında foto çəkdirənlərin sayı çox olacaq.
Təşkilatçılar həmçinin bildiriblər ki, foto motivləri zaman keçdikcə dəyişəcək, qarşıdan gələn Milad bayramı ilə əlaqədar Yeni il əhvalına uyğun arxa fonlardan istifadə ediləcək. Yarım ildən sonra muzey Vyanada fəaliyyətini dayandıracaq və Avropa şəhərlərindən birində açılacaq.
(AZƏRTAC)
Oxşar yazılar

Miqrantları təyyarəyə doldurub bura göndərəcəklər
10 iyul 2025 , 06:03
Texasda ölənlərin sayı 119 oldu
10 iyul 2025 , 03:48Daha bir diaspor rəhbəri Rusiyadan deportasiya olundu - YENİLƏNİB
9 iyul 2025 , 23:52Hər şey bir sillə ilə məhdudlaşmadı: Bricit Makron Emmanuelə hər şeyi sözsüz "başa saldı" - VİDEO
9 iyul 2025 , 19:21
Ermənistanda deputat həbs olundu
9 iyul 2025 , 19:04
Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ
9 iyul 2025 , 12:46