
Azərbaycanda növbəti leş əti QALMAQALI - YENİLƏNİB
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin əmədaşları ilə birgə oktyabrın 2-i gecə 23.00 radələrində Bərdə rayonu ərazisində əməliyyat həyata keçirib.
Bu barədə Lent.az-a AQTA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat zamanı Tərtər rayonu Mamırlı kənd sakini Əhmədov Asəf Rəşid oğluna məxsus “Mercedes-Benz” markalı 59- BH- 389 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin yük yerindən bir baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik göstəricilərinə görə ətin qansızlaşdırılmasının düzgün aparılmadığı, bakterioloji çirklənməyə məruz qaldığı müəyyən edilib.
İstifadəyə yararsız əti paytaxta gətirən şəxs onu tanışı Bərdə rayon sakini Arzuman adlı şəxsin istəyi ilə Bakı şəhərinə apardığını bildirib.
Ümumi çəkisi 180 kiloqram olan heyvan cəmdəyindən nümunələr götürülərək analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.
***
10:52
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Mingəçevir şəhəri Kənar küçəsi 1, ev 3 ünvanında yaşayan Həsənov Kəmaləddin Əlibarat oğluna məxsus həyatyanı sahəyə baxış keçirilib.
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, baxış zamanı vətəndaş Həsənov Kəmaləddin Əlibarat oğlunun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş təxmini çəkisi 400 kq olan iki baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı məlum olub.
Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Oxşar yazılar

Bu BÜRCLƏR böyük möcüzəli dəyişiklik dalğası ilə üzləşəcək: şans tezliklə gələcək
17 iyul 2025 , 00:02
Yolunuz açıq olsun: Bu BÜRCLƏR üçün dəyişikliklər vaxtı çatdı
16 iyul 2025 , 18:42
Maşında tibbi çanta yoxdursa, cəriməsi var? - CAVAB
16 iyul 2025 , 18:13
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
16 iyul 2025 , 17:59
"Sea Breeze" yolunda YENİ QAYDALAR
16 iyul 2025 , 16:10
Dünyanın ən bahalı pendiri: 36 min avroya satıldı
16 iyul 2025 , 16:03Həftə sonu 41 dərəcə isti olacaq
16 iyul 2025 , 15:58
Sabah da çimərlik havası olacaq - PROQNOZ
16 iyul 2025 , 14:21