
Arif Hacılı yenidən başqanlığa namizəd oldu
Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı yenidən bu posta namizədliyini irəli sürüb.
APA-nın xəbərinə görə, bu barədə Arif Hacılı özünün “Facebook” səhifəsində yazıb.
O bildirib ki, sabahdan seçki kampaniyasına başlayır: “Bakıda və rayonlarda qurultay nümayəndələri ilə görüşlərim olacaq”.
A.Hacılı qeyd edib ki, Azərbaycan siyasi partiyalarının tarixində ilk dəfə namizədlərin debatı da olacaq.
Arif Hacılının namizədliyini irəli sürməsi ilə Müsavat başqanlığına namizədlərin sayı 3-ə çatıb.
Yadigar Sadıqlı və Tofiq Yaqublu da rəsmi olaraq Müsavat başqanlığına namizədliklərini irəli sürüblər.
Müsavat Partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulub.
Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23