Azərbaycan dilini 5 günə öyrənən xarici tələbə - <span style="color:red;">VİDEO
25 sentyabr 2019 11:28 (UTC +04:00)

Azərbaycan dilini 5 günə öyrənən xarici tələbə - VİDEO

Bakı Ali Neft Məktəbinin (BANM) nigeriyalı tələbəsi Somtoçukvu Çidinma Ali Məktəbin “Bilik Günü”ndə çıxışı zamanı azərbaycan dilində tədbir iştirakçılarını salamlayıb, ölkəmizdə təhsilə başlamasından həyəcan duyduğunu qeyd edib.
 
Lent.az məlumat verir ki, Somtoçukvu Çidinma 5 gün ərzində BANM-in əməkdaşlarının köməyi ilə azərbaycan dilində danışmağı öyrənib. 
 
Qeyd edək ki, BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 7 nəfər nigeriyalı tələbə, o cümlədən, Somtoçukvu Çidinma  2019-2023-cü illər ərzində Bakı Ali Neft Məktəbində bakalavr dərəcəsi üzrə təhsil alacaq.
 
Tələbələr 4 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisasında nəzəri, praktiki biliklərə yiyələnəcək və sonda lazımi kreditləri toplayaraq BANM-in diplomunu əldə edəcəklər.
 
Onların BMT-nin ayırdığı təqaüdlər hesabına təhsil alması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1036

Oxşar yazılar