692
09:28
25 Sentyabr 2019

Rusiyalı aktrisa və model İçərişəhərdə belə rəqs etdilər - VİDEO

Rusiyalı aktrisa Xilda Karmen və model Viktor Mixaylov Bakıya səfər ediblər. Lent.az xezerxeber.az-a istinadən xəbər verir ki, onlarİçərişəhərdə rəqs edərək, görüntüləri sosial şəbəkədə paylaşıb.

Xilda Karmen modellə birlikdə "La-La-Lend” filmindən epizodu oynayıblar.

Onlar İçərişəhərin tarixi küçələrində məşhur "La-La-Lend" filminin epizodunu yenidən canlandırıblar.

Videonu qısa zamanda ''Baku ku lend'' həştəqi ilə minlərlə insan paylaşıb.

Aktrisa Xilda Karmen İnstagram hesabında belə bir reaksiyanı gözləmədiyinivəsözün əsl mənasında təəccübləndiyini bildirib.

Rusiyalı məşhur aktrisa bu videodan sonra sosial şəbəkəizləyicilərinin durmadan artdığını bildirir.O, yenidən Bakıya qonaq gələcəyi barədə də post paylaşıb.

Qeyd edək ki, Xilda Karmen və model Viktor Mixaylov Bakıya Rusiyanın "Moya Planeta" telekanalının yeni səyahət proqramının çəkilişləri üçün gəliblər.