"Pis işim yoxdur, övladlarım mənə görə utanmır" -<span style="color:red;"> Elnarə
24 sentyabr 2019 17:27 (UTC +04:00)

"Pis işim yoxdur, övladlarım mənə görə utanmır" - Elnarə

Əməkdar artist Elnarə Abdullayeva övladları barədə danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı "Hər şey daxil" verilişində bildirib ki, övladlarını efirə çıxaran tanınmışlara yaxşı baxmır:

"Hərənin öz işi var. Çıxıb efirə uşaqlarını göstərirlər. Hərəni öz ayağından asacaqlar. Məktəbdə bilmirlər ki, uşaqların anası mənəm. Getmirəm ki, bilməsinlər onların anası Elnarədir. Televiziya ilə bağlılıqları yoxdur. Efirdə nə işləri var? Özüm də istəməmişəm bilsinlər. Uşaqlarımdan biri universitetdə, digəri 11-ci sinifdə oxuyur. Müəllimləri ilə də telefonla danışıram. Övladlarım mənə görə utanmır, utanmaz da... Çünki mənim kimi anaları var. Bir pis işim yoxdur".

 

 

 

# 1320
avatar

Yalçın UĞUR

Oxşar yazılar