
Sabah hava necə olacaq? - PROQNOZ

Sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 24-27, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 25-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 3-8, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
Sentyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Aygün İbrahimli
Oxşar yazılar

2 saylı istintaq təcridxanasına baş çəkildi - XƏBƏRDARLIQ ETMƏDƏN
22 yanvar 2021 , 23:16
Direktorun işdən çıxarılma səbəbi açıqlandı
22 yanvar 2021 , 20:39
"Bu, yeni dalğanın əmələ gəlməsinə səbəb olacaq" - Azərbaycanlı alim
22 yanvar 2021 , 19:23
AMEA-nın daha bir institut direktoru işdən çıxarıldı
22 yanvar 2021 , 19:15
Sosial şəbəkələrdə MƏKTƏB SÖHBƏTLƏRİ - İnsanlar nə düşünür?
22 yanvar 2021 , 19:05
Koronavirus statistikası: 280 nəfər yoluxdu, 632 nəfər sağaldı, 11 nəfər öldü
22 yanvar 2021 , 18:31
Yaqub Mahmudov direktor vəzifəsindən çıxarıldı
22 yanvar 2021 , 18:27
Rayonda natəmiz şəraitdə ət məhsulları istehsal edən sex aşkarlandı
22 yanvar 2021 , 18:16