
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri erməniləri ifşa etdi - VİDEO
Varşava şəhərində keçirilən ATƏT-in 2019-cu il İnsan ölçüsü üzrə İmplementasiya Görüşünün qaçqınlar və məcburi köçkünlərin hüquqlarının da müzakirə olunduğu 20 sentyabr tarixli “Humanitar məsələlər və digər öhdəliklər“ sessiyası zamanı Ermənistan nümayəndə heyəti prosedur qaydalarından sui-istifadə edərək Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin çıxışının qarşısını almağa cəhd edib.
APA-nın məlumatına görə, Ermənistan nümayəndəsi T.Gəncəliyevin iclasda iştirak üçün qeydiyyatının aydın olmadığını iddia edərək, ona çıxış üçün söz verilməməsini tələb edib.
Azərbaycan nümayəndə heyətinin izahı və tədbirin təşkilatçısı qismində ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar üzrə Bürosunun məsələ ilə bağlı Ermənistan nümayəndəsinə aydınlıq gətirməsi ilə T.Gəncəliyevə yenidən çıxış üçün söz verilib. Lakin, Ermənistan nümayəndəsi verilmiş izahata baxmayaraq, ikinci dəfə T. Gəncəliyevin çıxışına mane olmağa cəhd edib və bu cəhdi də uğursuz olub. Sessiyanın moderatoru T.Gəncəliyevin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri qismində qeydiyyatdan keçdiyini və bu statusda çıxış etdiyini bildirərək, ona söz verib. T. Gəncəliyev tutarlı faktlarla erməniləri ifşa edib, onların işğalçı olduğunu, beynəlxalq təşkilatları həmişə aldatmağa cəhd etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28
İblisin başı elə o özüdür...
29 iyun 2025 , 11:48