
Sosial şəbəkədə yayılan video YALAN ÇIXDI: Nazirlik işə qarışdı
Sosial şəbəkədə ictimaiyyəti çaşdırmağa yönələn daha bir məlumatın qarşısı alınıb. Belə ki, "Youtube" kanallarından birində küçədə metal qab yığan və onun təkrar satışını həyata keçirən Fərid adlı azyaşlının müsahibəsi yayımlanıb. Videogörüntüdə onun valideynlərinin avtomobil qəzasında həlak olması, özünün qardaşı və bacısı ilə kirayədə tək yaşaması və digər ifadələr yer alıb.
Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlik əməkdaşları tərəfindən araşdırma aparılıb. Azyaşlının yaşadığı ünvan müəyyənləşib və nazirliyin əməkdaşları həmin ünvanda olublar. Müəyyən olunub ki, Fəridin dediklərinin heç biri həqiqəti əks etdirmir. Onun azyaşlı olmasından istifadə edərək müsahibə götürən şəxs maraqlarına uyğun olaraq çəkiliş aparıb.
Fərid dayısı ilə birlikdə DSMF-nun Sabunçu rayon şöbəsinə dəvət edilib. Onlarla aparılan söhbət zamanı məlum olub ki, Fəridin yaşadığı ünvan kirayə deyil, özlərinə məxsusdur. Fəridin anası Vlasova Liliyadır sağdır. O, evi tərk edib və yaşayış yeri məlum deyil. Fərid və digər müxtəlif yaşlarda olan 7 uşaq dayısı Vlasov Aleksandr, xalaları Elena və Oksana Vlasovalarla birlikdə Sabunçu rayonu, Aydınbəyov küçəsi ev 3, mənzil 17 ünvanında yaşayırlar. Dayısı Aleksandr küçələrin təmizliyi ilə məşğul olur. Rəsmi sənəddə uşağın atasının adı Rasimdi və o, dünyasını dəyişib.
Həmçinin əlavə edək ki, Fərid sağlamlıq İmkanları məhdud olan uşaqlar kateqoriyasına aiddir və Nazirlik tərəfindən buna görə sosial müavinət (sağlamlıq imkanları məhdudluğa görə 150 manat və uşağa qulluğa görə 50 manat) ödənilir. Lakin ödəniş kartı anası tərəfindən götürülüb və uşağa hər hansı maddi dəstək göstərilmir. Hazırda azyaşlı üçün nəzərdə tutulan sosial müavinət kartının dondurularaq dayısının və ya digər şəxsin qəyyumluğuna veriləcəyi təqdirdə yenidən bərpa edilməsi üzərində iş aparılır.
Azyaşlının dayısına himayəsində olan uşaqların Nazirliyin sığınacağına yerləşdirilməsində köməklik göstərilməsi ilə bağlı təklif edilib.
Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46