Evdən külli miqdarda oğurluq edən yeniyetmə saxlanıldı
20 sentyabr 2019 14:56 (UTC +04:00)

Evdən külli miqdarda oğurluq edən yeniyetmə saxlanıldı

Binəqədidə evdən oğurluq hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşları faktla bağlı əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə avqustun 31-də rayon ərazisindəki evlərin birindən 5000 manat, 15.000 manat dəyərində qızıl-zinət əşyaları və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.
# 603
avatar

Mehman Nəbiyev

Oxşar yazılar