Azərbaycanda borca görə 13 nəfər saxlanıldı
19 sentyabr 2019 19:06 (UTC +04:00)

Azərbaycanda borca görə 13 nəfər saxlanıldı

 
 
Daxili İşlər Nazirliyi ötən gün respublikada qeydə alınan kriminal hadisələrin statistikasını açıqlayıb.
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, gün ərzində törədilən 26 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.   
 
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.   
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
 
 
# 616
avatar

Mehman Nəbiyev

Oxşar yazılar