Azərbaycanın sərhəd-buraxılış məntəqələrində yeni xidmət istifadəyə veriləcək
09 sentyabr 2019 15:00 (UTC +04:00)

Azərbaycanın sərhəd-buraxılış məntəqələrində yeni xidmət istifadəyə veriləcək

Bu ilin sonunadək Azərbaycanın sərhəd-buraxılış məntəqələrində "Elektron növbə" ("e-növbə") xidməti istifadəyə veriləcək.

"APA-Economics"in əldə etdiyi məlumata görə, sistemin təqdimatı sabah Vətəndaşlara Xidmət Sosial İnnovasiya Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı çərçivəsində keçiriləcək.

Dövlət Gömrük Komitəsinin (DGK) bu xidməti, sərhəd-buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin keçid prosesini daha da sürətləndirməyi nəzərdə tutur. Sərhəddə növbədə gözləmək istəməyən vətəndaşlar "Elektron növbə" xidmətindən istifadə etməklə onlayn formada, həm özləri, həm də avtomobilləri üçün növbə tutaraq, seçdiyi vaxta uyğun sərhəd-buraxılış məntəqəsinə yaxınlaşa biləcəklər. 

İctimai Şuranın toplantısı çərçivəsində DGK, Agentliyin, eGov Mərkəzinin rəsmiləri iştirak edəcək. Şura müzakirələrin yekununda bu elektron xidmətin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı nəzərdə tutub.

# 944
avatar

Oxşar yazılar