496
12:43
05 Sentyabr 2019

“Saxta və boş ittiham idi”- İlqar Məmmədov - Sevinc Osmanqızı davası böyüyür

Real Partiyasının sədri İlqar Məmmədovla AXCP arasındakı münasibətlər gərginləşir. Lent.az -ın məlumatına görə, Real lideri son statusunu Əli Kərimli təbliğatçısı kimi tanınan jurnalist Sevinc Osmanqızına, eləcə də sözügedən partiyaya həsr edib.

İlqar Məmmədov statusunda bildirir ki, o həbsdən çıxandan dərhal sonra Sevinc Osmanqızı zəng vurararq deyib:"İlqar, sən bilirsən, Natiq Cəfərli Mehriban Əliyevanın vitse-prezidentliyinə "niyə də yox" deyib." Natiqə heç nə demədim, mövzunu dibinə kimi araşdırdım. Saxta və boş bir ittiham idi. Fikirləşdim ki, Sevinc xanım sadəcə səhv edib. Sonra gördüm ki, Sevinc Osmanqızı bir partiyanın mətbuat katibi imiş. Əməkdaşlığı kəsdim, çünki mənim bir partiya sədrinə deməyə sözüm varsa, birbaşa özünə deyərəm, mətbuat xidmətinə yox”.

İlqar Məmmədovun fikrincə, bu cür kampaniyalar davamlı olub:“Gördüm ki, həbsdə olduğum illərdə ara-sıra Erkin Qədirliyə qarşı, Azər Qasımlıya qarşı, başqalarına qarşı bu növdə kampaniyalar aparılıb. Vuranlar da kimmiş? Əliyev rejimindən zamanında mandatdan tutmuş maaşa qədər mükafatlar almış şəxslər. Atadan oğula bağışlanmış müxalifət... "A bala, al, bu da sənin müxalifətin". Bağışlanmış hədiyyənin sən demə sadəcə rəmzi mənası deyil, əməli funksiyası da olarmış...”

Sözügedən statusa S.Osmanqızının da cavabı gecikməyib. Sitat:“O, özü mənə zəng etmişdi. Giley edirdi ki, arada bir anlaşılmazlıq var, kim onu görürsə, nədəsə ittiham edir, Realın mitinq mövqeyini tənqid edir və s. Məndən xahiş etdi ki, nə baş verdiyini ona deyim. "Mən olmayanda Real mitinqlə bağlı nə deyib ki?" Mən bir dost kimi o, 5 il həbsdə ikən Real ətrafında baş verənləri başa düşdüyüm kimi ona danışmağa çalışdım. Dedim ki, ətrafındakılar özlərini kobud, qaba, təkəbbürlü aparırlar. Başqalarını aşağılayırlar. Dost qazanmaq əvəzinə özlərinə düşmən edirlər. Yersiz bəyanatları ilə "yeni hakimiyyətin yeni müxalifəti" olmağa çalışan kimi görünürlər. İlqar Məmmədova mənim əvvəlki verilişlərimə baxsın, özü qərar versin, dedim”.

Xanım jurnalist daha sonra aşağıdakıları yazıb:“Onun azadlığa çıxanda ilk müsahibə verdiyi adam mən olmamışammı? Doğrudanmı İlqar Məmmədov özündə heç bir yanlışlıq görmür? Nə vaxtadək jurnalistlərdə özünə düşmən görəcək? Təəssüf edirəm...”