
Azərbaycanlı sürücü bu ölkədə qətlə yetirildi

Sentyabrın 3-də Rusiyanın Nefteyuqansk şəhərində Çeuskinski kanalının sahilində üzərində çoxsaylı bıçaq yarası olan kişi meyiti tapılıb.
APA-nın “ugra-news” saytına istinadən verdiyi xəbərə görə, öldürülən şəxsin 26 yaşlı Azərbaycan vətəndaşı, Nefteyugansk sakini Məhəmməd Quliyev olduğu müəyyənləşib. O, şəhərdə taksi sürücü işləyirmiş.
Meyitin tapılmasından bir gün öncə polisə onun itkin düşməsi ilə bağlı müraciət olunub.
Öldürülən Məhəmməd Quliyevin avtomobili isə Nefteyuqanskın digər ərazisində tapılıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açılıb.
Rusiya Daxili İşlər Nazirliyinin Cinayət istintaq idarəsi qətl hadisəsində şübhəli bilinən 28 yaşlı Nefteyuqansk sakinini saxlayıb.
Qətli törətməkdə şübhəli bilinən şəxs əvvəllər də müxtəlif dərəcəli cinayətlər törətməkdə ittiham olunub.
İstintaq zamanı təqsirləndirilən şəxslə birlikdə mərhumun avtomobilini oğurlayan Nefteyuqansk şəhərinin başqa bir sakini də saxlanılıb. Bu şəxsin qətldə iştirakı barədə dəqiq məlumatın olmadığı bildirilib.
İstintaqın ilkin ehtimalına görə, qətl tamah məqsədi ilə törədilib.
İstintaq davam edir.

Oxşar yazılar

SOS: 20 ildən sonra meşələrin yarısı karbon ifraz etməyə başlayacaq
19 yanvar 2021 , 19:52Sudanda qan su yerinə axdı: 129 ölü, 198 yaralı
19 yanvar 2021 , 07:14
Çexiyanın XİN rəhbəri koronavirusa yoluxdu
18 yanvar 2021 , 20:28
Koronavirusun qorxusundan üç ay hava limanında yaşadı
18 yanvar 2021 , 19:38
Navalnı barəsində həbs qərarı verildi
18 yanvar 2021 , 18:05
Aleksey Navalnı Moskvada saxlanıldı
17 yanvar 2021 , 22:32
Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydləri hara gedib? - ÜSTÜ AÇILDI
17 yanvar 2021 , 19:01
Türkiyədə Rusiya gəmisi batdı
17 yanvar 2021 , 14:41