
Qəribə boşanma ərizəsi: "Romantik ərim məimlə heç savaşmır"
Birləşmiş Ərəb Əmirliklərinin qadın sakini məhkəməyə qəribə boşanma ərizəsi ilə müraciət edib.
Qadın bu addımı ərinin “hədsiz məhəbbətinə” dözməməsi səbəbindən atıb. Bir illik evlilik həyatında onların arasında bir dəfə də olsa mübahisə baş verməməsi, ərinin heç vaxt onun üstünə çığırmaması və həmişə mehribanlıq göstərməsi qadını qane etməyib. Qadın yardım istəmədiyi halda, əri ev işlərində ona kömək göstərib, hətta yemək hazırlayıb.
“Mən mübahisə etmək, hətta bəzən savaşmaq istəyirəm, itaətdə keçən solğun həyat məni bezdirib. Mən heç olmasa bircə dəfə deyişmək istəyirəm, amma mənim romantik ərimlə bu, mümkün deyil. O, məni həmişə bağışlayır və hədiyyələr yağdırır”, - deyə qadın etiraf edib.
Ər isə hesab edir ki, heç bir pis iş görməyib, yalnız ideal ər olmaq istəyib. Bir dəfə xanımı ona köklüyü irad tutduqda, pəhriz saxlamağa və idmanla məşğul olmağa başlayıb. O, hakimdən xahiş edib ki, arvadına iddiasını geri götürməyi tövsiyə etsin. Nəticədə hakim ər-arvada barışmaq şansı vermək məqsədilə işə baxmağı təxirə salıb.
(AZƏRTAC)
Oxşar yazılar

1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14