Ebru Gündeşə 3,5 milyonluq təklif - <span style="color:red;">5 minlik biletlər
25 avqust 2019 11:41 (UTC +04:00)

Ebru Gündeşə 3,5 milyonluq təklif - 5 minlik biletlər

Türkiyənin məşhur müğənnisi  Ebru Gündeş iyul ayında "Harbiye Açıkhava" konsert salonunda 5 konsert vermişdi. Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, onun bu tədbirlərdən qazancı tam  2.5 milyon lira olub.

Tamaşaçıların israrlı istəyinə görə yenidən konsertlər təklifi olub. Müğənni əlavə olaraq 1 milyon TL alacaq. Gündeş bu təkliflə razılaşıb. 

Bu konsertin biletləri isə kifayət qədər baha satılır. Ən önəmli "Protokol yerlər" deyilən VİP sıralara biletin rəsmi satışı 1000 TL-di. Lakin bu biletləri kassada tapmaq mümkün deyil. Qara bazarda isə onları 5 min lirəyə alırlar. Normal yerlərin qiyməti isə 416 TL-yə də tapmaq olur. Ən arxa sıralar üçün isə 60 lirə vermək kifayət edir. 
# 1238
avatar

Oxşar yazılar