391
12:24
21 Avqust 2019

FHN-in təyyarəsi Hirkan Milli Parkında yanğının söndürülməsinə cəlb olunub - YENİLƏNİB - FOTO - VİDEO

Xəbərə videovə fotolar əlavə olunub
10:06
Hirkan Milli Parkında dağlıq zonada dünəndən başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin B-200 tipli təyyarəsi də cəlb olunub.
Lent.az -a bu barədə FHN-dən məlumat verilib.
Qeyd edək ki, FHN-in Aviasiya dəstəsinin iki helikopteri də yanğının söndürülməsində iştirak edir.
Avqustun 20-də saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Mürəkkəb relyefli dağlıq ərazidə quru ot, kol-kos və seyrək ağaclıq yanır.
Yanğının söndürülməsinə FHN-in Aviasiya Dəstəsinin təyyarə və helikopterləri ilə yanaşı, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.