Tramp "Huawei" şirkətinə verilmiş lisenziyanı uzatmayacaq
19 avqust 2019 06:13 (UTC +04:00)

Tramp "Huawei" şirkətinə verilmiş lisenziyanı uzatmayacaq

 

ABŞ prezidenti Donald Tramp “Huawei” şirkətinə verilmiş müvəqqəti lisenziyanın vaxtının uzadılmayacağını və möhlətin verilməyəcəyini, eləcə də onunla heç bir iş qurulmayacağını bildirib.

APA xəbər verir ki, prezident bu barədə “CNBC” telekanalına müsahibəsində deyib.

“Çox güman ki, biz onlarla heç bir iş həyata keçirməyəcəyik, mən, ümumiyyətlə, bunu istəmirəm”, - deyə Tramp vurğulayıb.

Trampın sözlərinə görə, bu Çin şirkəti ABŞ-ın milli təhlükəsizliyinə qarşı təhdiddir.

Qeyd edək ki, şirkətə verilmiş lisenziyanın müddəti avqustun 19-da bitir.

# 449
avatar

Oxşar yazılar