Bakı və Abşeron arxipelaqı adalarında tədqiqat aparılır: <span style="color:red;">müəyyən edilib ki...
14 avqust 2019 18:50 (UTC +04:00)

Bakı və Abşeron arxipelaqı adalarında tədqiqat aparılır: müəyyən edilib ki...

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Bakı və Abşeron arxipelaqı adalarında tədqiqat aparırlar.

İnstitutdan Lent.az-a verilən məlumata görə, mütəxəssislər Xərə Zirə adasının ucqar nöqtələri, sahil xətti, dalğaların yaratdığı relyef formaları, ərazinin morfometrik göstəriciləri, palçıq vulkanı elementlərini tədqiq edib, iqlim ölçmələri aparıblar.

Həmçinin ərazinin mənimsənilməsi imkanları araşdırılıb, müşahidə olunan antropogen pozulmaların aradan qaldırılması üçün sahildə və yaxın akvatoriyada təmizlənmə işlərinin aparılmasına ehtiyac olduğu müəyyən edilib.

# 689
avatar

Aygün İbrahimli

Oxşar yazılar