Pensiya kapitalı Prezidentin qərarı ilə ildə bir dəfə indeksləşdiriləcək
14 avqust 2019 18:31 (UTC +04:00)

Pensiya kapitalı Prezidentin qərarı ilə ildə bir dəfə indeksləşdiriləcək

 

Azərbaycanda pensiya kapitalı ildə bir dəfə indeksləşdiriləcək.
 
APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə fərman imzalayıb.
 
Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən indeksləşdiriləcək.

 

# 1357
avatar

Oxşar yazılar