Məşhur rejissor bu filmin davamını çəkəcək
0
0
“Kinq Konq” (2005), “Meymunlar planetinin üsyanı” (2011) ekran əsərlərinin müəllifi kimi tanınan britaniyalı rejissor Endi Serkins Tom Hardinin baş rolda iştirakı ilə “Venom” adlı fantastik filminin davamını çəkəcək.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “The Hollywood Reporter” jurnalı yazıb.
Məlumatda bildirilib ki, rejissor iyul ayının sonunda “Sony” şirkətinin rəhbərliyi ilə görüşmək üçün Los-Ancelesə gəlib. Namizədlər sırasında daha çox britaniyalı aktyora üstünlük verilib.
0
0