Ben Ladenin oğlu öldü
01 avqust 2019 09:25 (UTC +04:00)

Ben Ladenin oğlu öldü

ABŞ hökuməti dünyanın 1 nömrəli terrorçusu Üsama ben Ladenin oğlu Hamzanın ölməsi haqda informasiya əldə edib.
 
Lent.az bildirir ki, NBC-nin xəbərinə görə, ABŞ-ın 3 rəsmi şəxsi “Əl-Qaidə”nin liderinin potensial varisi Hamza ben Laden ölməsi ilə bağlı məlumatlandırılıb. 
 
Məmurlar 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı terrorun əsas təşkilatçısı adlandırılan terrorçunun oğlunun harada və nə vaxt öldüyünü bilmirlər. ABŞ-ın rəhbəri Donald Tramp Hamza ben Ladenlə bağlı suala cavabında informasiyanı şərh etmək istəmədiyini deyib. 
 
Ehtimala görə, Hamza ben Laden 1989-cu ildə anadan olub. Onun atası 1996-cı ildə Əfqanıstana gələrək ABŞ-a müharibə elan edib. Hamza atasının davamçısı olub və “Əl-Qaidə”nin təbliğat çarxlarında görünüb. Üsamə ben Ladeni amerikalılar 2011-ci ildə Pakistanda xüsusi əməliyyatın gedişində məhv ediblər. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar