
Tanınmış müğənninin keçmiş əri onun evində istirahət edir - FOTO
Hər mövsüm olduğu kimi bu yayı da Ayvalıkdakı evində keçirən Hülya Avşarın xüsusi qonağı var.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbol şərhçisi Qaya Çilingiroğlu, keçmiş həyat yoldaşı Feraya Tanyolaçdan olan oğlu Qaya ilə Ayvalığa gedib.
Oğlu ilə tətilə çıxan Çilingiroğlu, 2005-ci ildə boşandığı Hülya Avşarın yayında qalır. Görkəmli sənətkar, Qayaya münasibətdə öz qızı Zəhradan fərq qoymur.
Hülya Avşar, "Qaya çox şirin bir uşaqdır. Uşaqlığını bilirəm. Onu çox sevirəm", - deyir.
Keçmiş arvadını evində ziyarət edən Qaya Çilingiroğlu, Hülya Avşarın mətbəxində aşpazlıq edib, sənətkar da o anları Instagramda tıqibçiləri ilə bölüşüb.
55 yaşlı Çilingiroğlu, özündən 17 yaş kiçik sevgilisi Seda Sevindən sürpriz bir qərarla ayrılmışdı.
Kanal D-də yayınlanan “2-ci Səhifə” proqramına danışan Çilingiroğlu deyib:"Feraya və Hülya mənim uşaqlarımın anaları. Onlar qırmızı cizgilərdir. Onlarla ömür boyu görüşmək məcburiyyətindəyəm. Hülya və Ferayeni sevirəm, sevmirəm, dost olaram, küsürəm. Uşaqlarımızla bağlı yekun qərarı birgə vermək məcburiyyətindəyik. Bu səbəbdən onlar hər zaman mənim qohumum kimi. İkisi də Çilingiroğlu deyə düşünün".
Oxşar yazılar

Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03