512
14:19
27 İyul 2019

Bu ölkənin sakinlərinə həccə getmək qadağan edildi

Səudiyyə Ərəbistanı Ümumdünya Səhiyyə Təşkilatının Ebola virusu ilə bağlı xəbərdarlığı ilə əlaqədar olaraq Konqo Respublikasından olan hacı namizədlərinə viza verilməyəcəyini açıqlayıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qadağaya səbəb adıçəkilən ölkədə Ebola epidemiyasının tüğyan etməsidir.

Səudiyyə Ərəbistanı hökuməti bu addımı dünyanın müxtəlif ölkələrindən ziyarət üçün gələcək olan təxminən 2 milyon hacı namizədini qorumaq üçün atdığını açıqlayıb.

Konqoda yaşayan 93 milyon əhalinin sadəcə 2 faizi müsəlmanlardır. Buna baxmayaraq, hər il bu ölkədən minlərlə insan hacı olmaq üçün Səudiyyə Ərəbistanına gedir.

Qeyd edək ki, virusun yayılmasından sonra Konqoda 700 insan ölüb.

Qanaxmaya, hərarətə səbəb olan virus ilk dəfə 1976-cı ildə Sudanda və Konqoda ortaya çıxıb.

Konqodakı epidemiya ölkədəki Ebola çayının yaxınlığında olan bir kənddə başladığına görə xəstəliyə çayın adı verilib.