
Səfirdən viza rejiminin ləğvilə bağlı AÇIQLAMA
“Bu gün tarixi gündür. Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ikitərəfli münasibətlər baxımından çox önəmli və simvolik mənaya sahibdir".
Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
“Məlum qərar bizim bir millət, iki dövlət olduğumuzun bariz nümunəsidir. Türkiyə və Azərbaycan olaraq aramızdakı münasibətləri hər zaman daha irəli aparmaq əzmindəyik. Qəbul edilmiş qərar da buna xidmət edəcək və bu qərarın əhəmiyyəti çox böyükdür. Fürsətdən istifadə edib Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla, bütün səlahiyyətli şəxslərə öz təşəkkürümü bildirirəm”, – səfir bildirib.
E.Özoral qeyd edib ki, Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi ölkələr arasında turizm, habelə digər məqsədli səfərlərin sayının artmasına səbəb olacaq: “Bu qərar hamıya, həm Azərbaycan, həm də Türkiyəyə xeyirli-uğurlu olsun”.
Qeyd edək ki, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-cu il tarixindən etibarən viza tələbi ləğv edilir. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb.
Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32