<span style="color:red;">Bakı-2019:  Həndbolçularımız mükafatçılar sırasına düşmək şanslarını itirdilər
23 iyul 2019 16:35 (UTC +04:00)

Bakı-2019: Həndbolçularımız mükafatçılar sırasına düşmək şanslarını itirdilər

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında həndbol yarışlarında II turun oyunlarına start verilib. 
 
APA-nın məlumatına görə, ilk turda İsveçrəyə 16:34 hesabı ilə uduzan qızlardan ibarət Azərbaycan milli komandası növbəti görüşünü Macarıstan qarşı keçirib.
 
Oyun B qrupunda yer alan yığmamız üçün yenə uğursuz alınıb. İlk hissəni 22:13 hesabı ilə öndə bitirən rəqib yekunda 47:23 hesablı qələbə qazanıb. 
 
Qrupumuzun digər görüşündə isə İsveçrə Çexiyaya 40:24 hesabı ilə qalib gəlib. 
 
Beləliklə, ikinci turdan sonra İsveçrə və Macarıstan yarımfinala vəsiqə qazanıb. Hər iki qarşılaşmadan 2 xalla ayrılan komandalar sabah öz aralarında qrup qalibini müəyyənləşdirəcəklər. Mükafatçılar sırasına düşmək şansını itirən Azərbaycan yığması isə 5-8-ci yerlər uğrunda oynayacaq. 
 
Qeyd edək ki, qrup mərhələsində Çexiya ilə millimizin oyunu sabah 14:30-da başlayacaq.

 

Ölkə

O

Q

H

M

T

 X

İsveçrə

2

2

0

0

74-40

 4

Macarıstan

2

2

0

0

77-45

 4

Çexiya

2

0

0

2

46-70

 0

Azərbaycan

2

0

0

2

39-81

 0

 

 

 

 

# 460
avatar

Oxşar yazılar